Putin Pasxa atəşkəsi elan etdi


Putin bölgədəki Rusiya qüvvələrinə şənbə günü Moskva vaxtı ilə saat 18:00-dan bazar gününün sonuna qədər döyüşləri dayandırmağı əmr edib.


Rusiya Ukraynada Pasxa bayramı ilə əlaqədar aprelin 19-u saat 18:00-dan aprelin 21-i saat 00:00-a qədər atəşkəs elan edib.

Kremldən verilən məlumata görə, Rusiya prezidenti Vladimir Putin Rusiya Baş Qərargah rəisi Valeri Gerasimovdan Ukraynadakı təmas xəttindəki vəziyyətlə bağlı hesabat alıb.

Putin "Rusiya tərəfi humanitar narahatlıqlara görə bu gün saat 18:00-dan bazar ertəsi gecə yarısına qədər Pasxa bayramı atəşkəsi elan edir. Bu müddət ərzində bütün hərbi fəaliyyətlərin dayandırılmasını əmr edirəm" deyib.

Ukrayna tərəfinin bu hərəkəti nümunə götürəcəyini güman etdiyini bildirən Putin, Rusiya qoşunlarının Ukrayna ordusunun mümkün atəşkəs pozuntularını, təxribatlarını və təcavüzkar hərəkətlərini dəf etməyə hazır olmalarını qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu