Halı pisləşən 2 yaşlı uşaq yolda öldü


Səhhəti ilə əlaqədar Göygöl rayonundan Bakıya gətirilən iki yaşlı uşaq yolda ölüb.


“Qafqazinfo” xəbər verir ki, hadisə dünən saat 20 radələrində Kürdəmir rayonu ərazisində baş verib.

Belə ki, halı pisləşən 2023-cü il təvəllüdlü Məmmədov Ramal Ramin oğlu yaxınlarının müşayiəti ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun öldüyü məlum olub.

Bildirilib ki, azyaşlı bir neçə ay əvvəl yıxılaraq xəsarət alıbmış. Bundan sonra onun səhhəti ağırlaşıb və dünən Bakıya gətirilirmiş.

Faktla bağlı araşdırmalar aparılır, müvafiq ekspertizalar təyin edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu