Berlin Aİ-nin təşəbbüsü ilə Kiyevə 500 min mərmi verəcək

Almaniya Ukraynanı ümumilikdə 2 milyon patronla təmin etmək üçün Aİ-nin təşəbbüsü çərçivəsində Kiyevə 500 min artilleriya mərmisi göndərəcək.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Almaniyanın xarici işlər naziri vəzifəsini icra edən Annalena Berbok məlumat verib.
O, Lüksemburqda 27 Aİ ölkəsinin xarici işlər nazirlərinin planlaşdırılan görüşünə gələrkən medianın suallarını cavablandırıb. "Almaniya bunun dörddə birini təmin edəcək" deyən Berbok həmçinin bildirib ki, bu, onun Almaniya Xarici İşlər Nazirliyinin rəhbəri kimi Aİ Şurasının sonuncu iclası olacaq. Almaniyada hazırda onun partiyası olan Yaşılların daxil edilməyəcəyi yeni hökumətin formalaşdırılması prosesi gedir.
Almaniyanın müdafiə naziri vəzifəsini icra edən Boris Pistorius Kiyevə növbəti illərdə daha dörd IRIS-T sistemi, 300 idarə olunan raket və 100 radar daxil olmaqla yeni hərbi yardım vəd edib. Bundan əlavə, bura 15 Leopard 1A5 tankı, 300 kəşfiyyat pilotsuz təyyarəsi, 25 Marder piyada döyüş maşını, 14 artilleriya qurğusu və 100 minə yaxın artilleriya mərmisi daxil olacaq.
Almaniya Ukraynaya ABŞ-dan sonra ikinci ən böyük silah tədarükçüsüdür.