İki gün idi taksi sürürdü - Həmin sürücünün gəlini danışdı (VİDEO)

“Ayağında sudurqa problemi var idi. Həmişə deyirdi ki, ayağımda sudurqa tutur. Biz onunla danışanda dedi ki, sudurqası tutub”.
Bunu "İctimai" TV-yə ötən gün Heydər Əliyev prospektində yüksək sürətlə qəza törədən Anar Nəcəfovun gəlini Münəvvər Nəcəfova bildirib.
Qayınatasının törətdiyi qəza barədə danışan M.Nəcəfova bunları əlavə edib: “Şok keçirib, ayağı qazda ilişib qalıb. Özü də hələ qəzanın şokundadır. Özünün sənəti var idi, taksi işinə srağagün başlamışdı”.