KİV: ABŞ-ın Yəmənin paytaxtına endirdiyi zərbələr nəticəsində ölən və yaralananlar var


Yəmənin Husilərin nəzarəti altında olan paytaxtı Sənaya ABŞ-ın aviazərbələri mülki əhalinin tələfatı ilə nəticələnib.


AFN.az xəbər verir ki, bu barədə üsyançılara məxsus “Al Masirah” telekanalı məlumat yayıb.

Bildirilir ki, Amerikanın Sənanın qərbində yaşayış binasını bombalaması nəticəsində ölən və yaralananlar var. Lakin onların dəqiq sayı barədə məlumat verilmir.

Bundan əvvəl həmin telekanal ABŞ Hərbi Hava Qüvvələrinin Yəmənin paytaxtına, o cümlədən şəhərin qərbindəki yaşayış massivində yerləşən binaya silsilə zərbələr endirdiyini bildirmişdi. Öz növbəsində "Al Hadath" telekanalı Sanada husilərin silah anbarlarının atəşə tutulduğunu bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu