ABŞ Əl-Hodeyda əyalətində husilərin hədəflərini vurub

ABŞ ordusu husilərin Yəmənin qərbindəki Əl-Hodeyda əyalətindəki mövqelərinə bir sıra zərbələr endirib.
Bu barədə husilərin nəzarətində olan "Al Masirah" telekanalı məlumat yayıb.
Bildirilir ki, ABŞ Əl-Mina rayonundakı Əl-Katib bölgəsinə dörd hava zərbəsi endirib. Ölən və yaralananlar barədə məlumat yoxdur.
ABŞ bir neçə gündür ki, prezident Donald Trampın göstərişi ilə Yəmən ərazisinin təxminən üçdə birinə nəzarət edən Husi hədəflərinə kütləvi zərbələr endirməyə başlayıb. ABŞ Mərkəzi Komandanlığından bildirilib ki, əməliyyat Amerikanın maraqlarını qorumaq və naviqasiya azadlığını təmin etmək məqsədi daşıyır.