AFFA bu komandanı yarışlardan uzaqlaşdırdı


AFFA “Hindarx” (Ağcabədi) klubunun U-13 və U-14 Liqalarında çıxış edən komandalarını yarışlardan kənarlaşdırıb.


Buna komandaların heyətlərində lisenziyası saxtalaşdırılmış futbolçuların aşkar edilməsi səbəb olub.

Həmin futbolçuların 2024/2025 mövsümündə meydana çıxdığı bütün oyunlarda komandalarına 0:3 hesablı texniki məğlubiyyət verilib.

Bundan başqa, “Hindarx” komandasının rəsmisi Samiq Quliyev futbolçuların sənədlərini kütləvi şəkildə saxtalaşdırdığına görə 6 ay müddətinə futboldan uzaqlaşdırılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu