Azərbaycanda daha üç oyunçu futboldan ömürlük uzaqlaşdırıldı
AFFA İntizam Komitəsi daha üç futbolçunu futboldan ömürlük uzaqlaşdırıb.
AFN.az xəbər verir ki, bu barədə məlumatı qurumun mətbuat xidməti yayıb.
I Liqada "Mingəçevir"də çıxış edən Xəyal Xudaverdiyev, Mövlan Kərimov və Muxtar Nəzərli danışılmış oyunlarda iştiraka görə ömürlük futbol ilə əlaqədar hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum ediliblər.