Adil Nağıyev ömürlük futboldan uzaqlaşdırıldı
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Bu barədə AFFA-nın saytında məlumat yayılıb.
Toplantıda qəbul edilən qərara əsasən, Azərbaycan Premyer Liqasında son klubu "Şamaxı” olan Adil Nağıyev danışılmış oyunlarda iştiraka görə ömürlük müddətdə futbol ilə əlaqədar hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilib.