Premyer Liqada çıxış edən dörd klub cərimələndi


AFFA İntizam Komitəsi Misli Premyer Liqasında çıxış edən dörd klubu cərimələyib.


Qurumun rəsmi saytında verilən məlumata görə, "Turan Tovuz" XI turda "Kəpəz"ə qalib gəldiyi (2:1) matçda beş futbolçusu sarı vərəqə aldığı üçün 700 manat ödəyəcək.

Gəncə klubu da eyni sayda oyunçusu vərəqə gördüyünə görə həmin məbləğdə ziyana düşüb. Komitə "sarı-göylər"ə əlavə olaraq 500 manat cərimə də kəsib. Buna Dioqo Verdaskanın ikinci sarı vərəqənı alaraq meydandan qovulması səbəb olub. Futbolçuya bir oyunluq cəza tətbiq edilib.

"Səbail" və "Sumqayıt" klubları da 700 manat cərimələniblər. "Gənclik şəhəri" təmsilçisinin qələbə qazandığı (1:0) görüşdə hər iki komandanın dörd futbolçusu sarı vərəqə ilə cəzalandırılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu