Zelenski Rusiya ilə müzakirə etməyəcəyi iki məqamı açıqlayıb

Ukraynanın Rusiya ilə gələcək danışıqlarda müzakirə etməyəcəyi iki məqam var. Bunlar orduya və iqtisadi təhlükəsizlik zəmanətlərinə aiddir.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu Finlandiya prezidenti Aleksandr Stubbla keçirdiyi mətbuat konfransında Ukrayna prezidenti Vladimir Zelenski deyib.
"Mən onlarla (Rusiya Federasiyası - red.) bizim ordunun necə olmasını müzakirə etmək istəmirəm, çünki bu, ukraynalılar üçün təhlükəsizlik təminatlarının bir hissəsidir. Mən onlarla iqtisadi təhlükəsizlik təminatlarını müzakirə etmək niyyətində də deyiləm, burada Avropa İttifaqı Ukrayna üçün əsas iqtisadi təhlükəsizlik təminatıdır", - deyə o qeyd edib.
Prezident bu iki məqamı “Ukraynaya lazım olan mütləq şeylər” adlandırıb.
O, həmçinin vurğulayıb ki, Rusiyanın işğal etdiyi ərazilər müvəqqəti olaraq işğaldadır: "Onlar heç vaxt rusların olmayacaq”.