Beynəlxalq məhkəmə Filippinin keçmiş prezidentini həbs etdi


Filippinin keçmiş prezidenti Rodriqo Duterte Beynəlxalq Cinayət Məhkəməsi (ICC) tərəfindən həbs edilib.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə məhkəmənin press-relizində deyilir.

Duterte əvvəllər Filippin hakimiyyəti tərəfindən insanlığa qarşı cinayət törətməkdə şübhəli bilinərək BCM-nin Məhkəməyə qədər Palatası tərəfindən verilən həbs qərarına əsasən saxlanılmışdı. Keçmiş prezident 2011-ci il noyabrın 1-dən 2019-cu ilin 16 martına qədər Filippində törədildiyi iddia edilən qətllərdə ittiham olunur.

"Dutertenin ilkin çıxışı ilə bağlı dinləmə daha gec vaxta təyin olunacaq", - deyə məhkəmədən bildirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu