Prezident əmr etdi, karantin rejimini pozan şəxs öldürüldü!




Filippinin Aqusan del Norte vilayətində koronavirus tədbirləri çərçivəsində aparılan yoxlama zamanı maska taxmayan 63 yaşlı kişi öldürülüb.



Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, maska taxmayan şəxsin polisi təhdid etdiyi və səhiyyə işçilərinin üzərinə hücum çəkdiyi üçün öldürüldüyü açıqlanıb. Sərxoş olduğu müəyyənləşdirilən şəxs Filippində qaydaları pozduğu üçün öldürülən ilk adamdır.

Qeyd edək ki, bir müddət bundan öncə Filippin prezidenti Rodriqo Duterte karantin qaydalarını pozan və səhiyyə işçilərinin göstərişlərinə riayət etməyən şəxslərin öldürülməsi barədə əmr vermişdi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu