Duda Avropaya Ukraynaya polis və istehkamçıları göndərməyi tövsiyə edib

Hərbi əməliyyatlar başa çatdıqdan sonra Avropa ölkələri tərəfindən Ukraynaya polis və istehkamçıların göndərilməsi ora sülhməramlıların göndərilməsindən daha effektiv və çevik həll yolu olar.
AFN.az xəbər verir ki, bunu Polşa prezidenti Anjey Duda jurnalistlərə açıqlamasında bildirib. Eyni zamanda o, Moskva və Kiyevin razılığı ilə və BMT Təhlükəsizlik Şurasının mandatı ilə demarkasiya xəttində sülhməramlıların və ya müşahidəçilərin olmasını məqsədəuyğun sayıb.
Brüsseldə NATO-nun baş katibi Mark Rutte ilə danışıqlardan sonra keçirilən mətbuat konfransında danışan Duda daha sonra deyib: “İnanıram ki, təhlükəsizliyə və asayişə nəzarət edəcək istehkamçılar və polis zabitlərindən ibarət Avropa polis kontingenti sülhməramlılar göndərməkdənsə daha effektiv və çevik həll yolu olardı”. Polşa lideri hesab edir ki, bu halda Avropa Kiyevə hərbi əməliyyatların nəticələrini aradan qaldırmaqda kömək edə bilər.
Eyni zamanda Duda qeyd edib ki, Ukraynaya sülhməramlılar göndərilə bilər, ancaq Moskva və Kiyevin razılığı və BMT Təhlükəsizlik Şurasının mandatı ilə: "Ola bilər ki, demarkasiya xəttində sülhməramlı qüvvələrə ehtiyac yaransın və mən istisna etmirəm ki, hər iki tərəf BMT qüvvələri ilə razılaşacaq".