Cənubi Koreya 1995-ci ildən bəri ilk dəfə bu il Şimali Koreyaya humanitar yardım göndərməyib

Cənubi Koreyanın Şimali Koreyaya humanitar yardımının 1995-ci ildən bəri ilk dəfə olaraq 2024-cü ildə sıfır səviyyəsində olduğu açıqlanıb.
"Yonhap"ın məlumatına görə, Cənubi Koreyanın Birləşmə Nazirliyi məsələ ilə bağlı açıqlama verib.
Açıqlamada 2024-cü ildə Şimali Koreyaya özəl və ya dövlət tərəfindən heç bir humanitar yardım proqramının həyata keçirilmədiyi, 1995-ci ildən bu yana Şimali Koreyaya humanitar yardımın sıfır səviyyədə olduğu qeyd edilib.
1995-ci ildə Cənubi Koreya güclü yağışların yaratdığı daşqınlar səbəbindən ilk dəfə Şimali Koreyaya düyü yardımı göndərib.
Digər tərəfdən, Şimali Koreyada 2024-cü ilin iyul-avqust aylarında yağan güclü yağış və daşqınlar nəticəsində ölən və ya itkin düşənlərin sayının 1000-i keçdiyi təxmin edilirdi.
Cənubi Koreya Qızıl Xaç Cəmiyyəti Şimali Koreyalı daşqın qurbanlarına humanitar yardım göndərməyi təklif etmişdi. Lakin Şimali Koreya lideri Kim Çen In digər ölkələrin və beynəlxalq təşkilatların yardım təkliflərini rədd edib.