Trampın xüsusi nümayəndəsi: Bütün girovları azad etməsə, HƏMAS məhv ediləcək

HƏMAS hərəkatı 2023-cü ildə qaçırılan bütün israilli girovları geri qaytarmasa, məhv ediləcək.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Trampın girovlarla iş üzrə xüsusi nümayəndəsi Adam Behler deyib.
“Əgər mən onların yerində olsaydım, hamını azad edərdim, əks halda onlar hazırda tam məhvlə üz-üzədirlər”, - deyə o, CNN telekanalına açıqlamasında deyib: “HƏMAS üçün bir tövsiyəm var: Şiri Bibasın cəsədini dərhal geri qaytarmalısınız”.
İsrail tərəfi israilli girov Şiri Bibasın meyitinin əvəzinə radikalların naməlum Qəzza sakininin cəsədini təhvil verdiklərini bildirib və bunu anklavda atəşkəs razılaşmasının kobud şəkildə pozulması adlandırıb.