Netanyahu HƏMAS-ı razılaşmanı pozmaqda ittiham edib

İsrailli girov Şiri Bibasın cəsədi əvəzinə HƏMAS hərəkatının radikalları naməlum Qəzza sakininin cəsədini təhvil veriblər.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu bildirib. "Bu razılaşmanın qəddar və alçaq şəkildə pozulmasıdır" - deyə vurğulanan bəyanat hökumət başçısının ofisi tərəfindən yayılıb.
"HƏMAS-ın qəddarlığının həddi-hüdudu yoxdur. Onlar nəinki Yarden Bibasın atasını, Şirinin gənc anasını və onların iki azyaşlı uşağını qaçırıblar. Tərifi mümkün olmayan həyasızlıqları ilə Şirinin balacalarının, bu mələklərin yanında olmasına belə icazə vermədilər. Bunun əvəzində naməlum bir qadının cəsədini qaytarıblar" - deyə sənəddə qeyd edilir.
"Biz Şirini, həm diri, həm də ölü bütün girovlarımızla birlikdə evə gətirmək üçün qətiyyətlə hərəkət edəcəyik. Biz əmin olacağıq ki, HƏMAS razılaşmanın bu vəhşi və alçaq şəkildə pozulmasının əvəzini tam ödəsin" - Netanyahunun bəyanatında bildirilir.