ABŞ Konqresi ölkənin BMT-dən çıxması təşəbbüsünü nəzərdən keçirəcək


ABŞ Senatında Birləşmiş Ştatların BMT-dən çıxması və ona maliyyə ayrılmasını dayandırmaq təşəbbüsü irəli sürülüb.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə təşəbbüs müəllifi, respublikaçı senator Mayk Li öz sosial şəbəkə hesabında bildirib.

Söhbət ABŞ-ın BMT-dən və əlaqədar təşkilatlardan tamamilə çıxmasından gedir ki, bura həm də onların Vaşinqton tərəfindən maliyyələşdirilməsini dayandırması daxildir. Bundan əlavə, təşəbbüs BMT-yə Nyu-Yorkda rəsmi qərargahına sahib olmaq hüququnu verən sazişin ləğvini və həmçinin BMT əməkdaşlarını ABŞ-da diplomatik toxunulmazlıqdan məhrum etməyi nəzərdə tutur.

"Fox News" öz növbəsində xəbər verir ki, respublikaçı konqresmen Çip Roy da fevralın 21-də Nümayəndələr Palatasında oxşar təkliflə çıxış edəcək. Onun sözlərinə görə, BMT və onun strukturları amerikalıların maraqlarına xidmət etmir. "Fox News" yazır ki, Birləşmiş Ştatlar BMT-nin maliyyələşdirilməsinə görə birinci yerdədir, məsələn, 2022-ci ildə bu, 18 milyard dollar təşkil edib ki, bu da təşkilatın ümumi büdcəsinin təxminən üçdə biridir.

Qanun layihəsində həmçinin qeyd olunur ki, Birləşmiş Ştatlar bundan sonra BMT-nin sülhməramlı missiyalarında iştirak etməyəcək və Amerika icra orqanlarına “Senatın razılığı olmadan Birləşmiş Millətlər Təşkilatına və ya onun alt bölmələrinə üzvlüyün bərpası üçün hər hansı sazişə girməyi" qadağan edəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu