Bayden Ağ Evdə təşkil edilən ziyafətə görə tənqid edildi


Ağ Ev və ABŞ prezidenti Co Bayden Amerika vətəndaşlarının da girov götürüldüyü İsrail-Fələstin münaqişəsi fonunda ziyafət təşkil etdiklərinə görə respublikaçılar tərəfindən tənqid edilib.


AFN.az xəbər verir ki, bu barədə "Fox News" məlumat yayıb.

Ağ Evdəki şənlik iqamətgah işçiləri və onların ailələri üçün təşkil edilib. Məclisdə manqal və canlı konsert olub.

Missuri ştatının respublikaçı senatoru Coş Hauli “HƏMAS amerikalıları girov saxladığı halda, Co Bayden canlı musiqi ilə piknikdən həzz alır” - deyə etirazını bildirib. Bir çox mühafizəkarlar onu dəstəkləyərək X sosial şəbəkəsində ABŞ prezident administrasiyasını tənqid ediblər.

“Birləşmiş Ştatların Prezidentinin prioritetlərindən qəzəbli və narahatam. İsrail hücuma məruz qalarkən Ağ Evdə barbekü?" - deyə respublikaçı senator Rand Paulun xarici əlaqələr üzrə direktoru Jimena Barreto bildirib. Keçmiş konqresmen Skott Teylor qeyd edib ki, xarici şəraitə görə Ağ Evdə manqal ləğv edilməlidir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu