Bayden İsrailə görə seçkilərdə məğlub ola bilər


ABŞ prezidenti Co Bayden Fələstin və İsrail arasındakı münaqişə ilə bağlı siyasətinə görə qarşıdan gələn prezident seçkilərində məğlub ola bilər.


Bu barədə Virciniya ştatının keçmiş senatoru Riçard Blek RİA Novostiyə müsahibəsində bildirib.

"Prezident Baydenin ərəb əzablarına məhəl qoymaması ona prezidentlik bahasına başa gələ bilər" deyə siyasətçi vurğulayıb. O, qeyd edib ki, dövlət başçısının Yaxın Şərqdəki münaqişə ilə bağlı mövqeyi Miçiqan ştatının müsəlman icmasını qəzəbləndirib və ondan “üz döndərməsinə” səbəb olub.

Blekin fikrincə, bu ştatın əhalisinin dəstəyini itirməsi Baydenin 2024-cü il seçkilərində məğlub olmasına səbəb ola bilər.

Qeyd edək ki, иundan əvvəl Politico Amerika liderinin İsraili dəstəklədiyinə görə seçkilərdə müsəlmanların və ərəb amerikalıların səslərini itirəcəyini proqnozlaşdırmışdı.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu