Elnur Kələntərov: Sosial şəbəkələrə nəzarət güclənib və bu çox vacibdir

Hazırda "AZERA Holdinq"də Biznesin İnkişafı Departamentinin rəhbəri olan E.Kələntərov bildirib ki, artıq "TikTok Live"-in müxtəlif ölkələrdə bərabər çalışdığı rəsmi portnyorları var: "Bu portnyor agentliklər Sizdən heç bir ödəniş almadan və təmənna güdmədən TikTok ofisindən ayrılan xidmət haqqı hesabına çalışır. Rəsmi portnyorun əsas vəzifəsi keyfiyyətli kontentlərə kəşfet dəstəyi və texniki dəstək vermək və Sizi daha çox böyütməkdir. "KEQO MEDİA" "TikTok Live"-n agentliyi statusuna malikdir. Biz çalışırıq gənclərin peşəkar inkişafına dəstək verək. Bu çox vacibdir. "TikTok Live" keyfiyyətli məzmunları olan müəlliflərin inkişafında, onları böyük layihələrdə görməkdə maraqlıdır. Biz də bu prosessin bir hissəsiyik. Gələcəyin TikToku bu gün dava-dalaşlar, ucuz çıxışlar, qeyri-etik davranışları ilə gündəmə düşmək istəyənlərin məkanı olmayacaq. Biz də indidən bu istiqamətdə fəaliyyətə başlayırıq. Peşəkar səviyyədə yüksəlmək istəyən, kəşfetə düşmək istəyən, sevilmək istəyən, qazanmaq istəyən, texniki dətək istəyən müəllifləri əməkdaşlığa dəvət edirik".
E.Kələntərov bildirib ki, milli genofondun yad təsirlərdən və təhlükələrdən qorunması prioritetdi və burada dövlətimizin gördüyü işləri xüsusi qeyd etmək lazımdır: "Sosial şəbəkələrə nəzarət güclənib və milli mentalitetə zidd hərəkət edənlər barədə tədbir görülür. Bu məni həm vətəndaş, həm də valideyn kimi çox sevindirir. Heç kimə sirr deyil ki, son illər sosial şəbəkələrin həyatımızdakı rolu çox böyükdür və bu danılmaz faktdır. Odur ki, biz də çalışaq ki, izləyicilərin qarşısına keyfiyyətli kontentlə çıxaq, axı bizi hamı görür. Sosial şəbəkə sərhəd tanımır.
Fürsətdən istifadə edib demək istəyirəm ki, TikTok platformasında fərqli və düzgün kontent yaratmaq istəyənlər bizim www.keqomedia.com saytına daxil olub ödənişsiz təlimlərdən yararlana və bizimlə peşəkar əməkdaşlığa başlaya bilərlər.
Gəlin, birlikdə sosial şəbəkələrdə maraqlı, keyfiyyətli və marifləndirici kontenti inkişaf etdirək".