Ağ Ev CIA əməkdaşlarının məlumatlarını məxfi olmayan e-poçt vasitəsilə tələb edib
![](/uploads/posts/2025-02/cia-1507834_1.jpg)
Ağ Ev federal işçi qüvvəsinin azaldılması planının bir hissəsi olaraq son iki ildə işə götürülən bütün CIA işçilərinin məxfilikdən çıxarılan e-poçt siyahısını tələb edib. Müraciət işçilərin ifşa oluna biləcəyi ilə bağlı narahatlıq doğurub.
Bildirilib ki, siyahıda sınaq müddətində olan və bu səbəbdən işdən azad edilməsi asan olan yeni kadrların ad və soyadlarının baş hərfləri yer alıb.
Bunlara Çinə xüsusi diqqət yetirmək üçün cəlb edilmiş və şəxsiyyətləri çox vaxt ciddi şəkildə qorunan çoxlu sayda gənc analitiklər və agentlər daxildir. Sözügedən şəxslərin çinli hakerlərin hədəfi olduğu qeyd edilib.
Bəzi keçmiş məmurlar bu siyahının Elon Musk və onun hökumətin səmərəliliyi üzrə komandası ilə işləyən gənc proqram təminatı ekspertlərindən ibarət yeni işə götürülən komandaya ötürülməsindən narahat olduqlarını bildiriblər. Əgər bu baş verərsə, işçilər Çin, Rusiya və ya digər xarici kəşfiyyat xidmətləri tərəfindən daha asan hədəfə alına bilər.
Keçmiş MKİ məmuru adların siyahısının məxfi olmayan e-poçt vasitəsilə açıqlanmasını “kəşfiyyat fəlakəti” kimi qiymətləndirib.