"Honda" "Nissan"a törəmə şirkət olmağı təklif edir
Yaponiyanın avtomobil istehsalçısı "Honda Motors" daha bir iri yerli avtomobil istehsalçısı "Nissan Motors"a onun törəmə müəssisəsi olmağı təklif edib.
AFN.az-ın xəbərinə görə, məlumatı "Kyodo" agentliyi yayıb.
2024-cü ilin dekabrında rəsmi olaraq elan edilən orijinal plan, ortaq holdinq yaratmaqla iki korporasiyanın biznesinin inteqrasiyasını nəzərdə tutur. "Nissan"ın "Honda"nın təklifinə necə cavab verməyi planlaşdırdığı hələlik məlum deyil.
İki böyük Yapon konserni arasında təklif olunan ittifaq yerli analitiklər tərəfindən elektrikli avtomobil bazarında Çin avtomobil istehsalçıları ilə artan rəqabətə cavab kimi qiymətləndirilir. Birləşmə baş verərsə, qlobal avtomobil sənayesi Yaponiyanın "Toyota" və Almaniyanın "Volkswagen" şirkətlərindən sonra dünyanın üçüncü ən böyük korporasiyasını yaradacaq. Mütəxəssislərin fikrincə, belə bir addım qlobal elektromobil bazarında lider olan Amerikanın "Tesla" və Çinin BYD şirkətləri ilə daha aktiv rəqabət üçün investisiyaları cəlb edə biləcək.