Yaponlar da saxtalaşdırmaya getdi: milyonlarla "Toyota", "Honda" və digərləri...


Yaponiyada avtomobil istehsalının sertifikatlaşdırılması üçün fırıldaqçı təhlükəsizlik testi təqdim etməkdə ittiham olunan avtomobil şirkətlərinin nümayəndələri əməllərini etiraf ediblər.


AFN.az xəbər verir ki, bu barədə Yaponiya hökuməti bildirib. Belə ki, hökumət "Toyota", "Mazda", "Yamaha", "Honda" və "Suzuki" şirkətlərinə qarşı avtomobilin istehsal prosesi zamanı sertifikatlaşdırma üçün fırıldaqçı təhlükəsizlik testi təqdim etmələri iddiası ilə araşdırma aparır.

Torpaq, İnfrastruktur, Nəqliyyat və Turizm Nazirliyi (MLIT) sertifikatlaşdırma məqsədi ilə saxta təhlükəsizlik testləri təqdim etməkdə ittiham olunan avtomobil şirkətlərinin sözügedən saxtakarlığı etiraf etdiklərini açıqlayıb.

Nazirlik Yapon şirkətlərindən araşdırmada adı çəkilən modellərin tədarükünü dayandırmağı və sözügedən modellərin milli təhlükəsizlik standartlarına uyğunluğunu yoxlamağı xahiş edib.

MLIT rəsmiləri yerində yoxlamalar aparmaq üçün Yapon şirkətlərinin istehsal müəssisələrinə göndərilib.

Yaponiyanın Torpaq, İnfrastruktur, Nəqliyyat və Turizm Naziri Saito Tetsuo verdiyi açıqlamada təhlükəsizlik testindəki korrupsiyanın son dərəcə təəssüf doğuran olduğunu deyib.

Nazir Saito, araşdırma çərçivəsində təsirə məruz qalan modellərin hazırda aşağı istehsal həcminə görə Yaponiya iqtisadiyyatına məhdud təsir göstərəcəyini təxmin etdiklərini bildirib.

"Toyota Motor" öz bəyanatında şirkətin avtomobillərinin, o cümlədən cəmi 7 modelinin MLIT tərəfindən təsdiqlənməyən üsullarla sertifikatlaşdırıldığını açıqlayıb.

"Fielder Axio" və "Yaris Cross" modellərinin istehsalının hələ də davam etdiyini, digər 4 modelin istehsalının isə artıq dayandırıldığını bildirib.

Şirkətin prezidenti Toyoda Akio mətbuat konfransında nazirliyin göstərişlərinə əməl edəcəklərini bildirərək, "Toyota" olaraq üzr istəyirik. Biz avtomobilləri düzgün sertifikatlaşdırma prosesinə əməl etmədən kütləvi istehsal edib satmışıq" - deyə üzrxahlığını çatdırıb. Qeyd edib ki, korrupsiya sistemin əsaslarını sarsıdıra: "Belə hərəkətlər sertifikatlaşdırma sisteminin əsaslarını sarsıdır. Bir avtomobil istehsalçısı olaraq, bunların heç vaxt baş verməyəcəyinə inanırıq".

Əməl "Honda"nın 4,3 milyon, "Toyota"nın 1,7 milyon avtomobilini əhatə edir

NHK dövlət televiziyasının xəbərinə görə, Yapon şirkətləri araşdırmada adı keçən modellərin daşınmasını dayandırıb.

Rəsmi "Kyodo" agentliyinin məlumatına görə, sınaq nəticələri ilə bağlı sertifikat məsələsi "Honda"nın 4,3 milyon, "Toyota"nın 1,7 milyon, "Mazda"nın 150 min, "Suzuki"nin 26 min və "Yamaha"nın 7 min avtomobilini öz təsirinə məruz qoyub.

Qeyd olunur ki, "Toyota" sınaqlarda yanlış məlumatlar təqdim edərək mühərrik istehsalında aldadıb, "Mazda" isə mühərrikin idarə edilməsi proqramını qəsdən yenidən yazıb.

"Suzuki", "Honda" və "Yamaha"nın saxta test nəticələri, eləcə də bu cür korrupsiya halları barədə məlumat verdiyi bildirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu