Şahbuzda “İntellekt Çempionatı” rayon seçimi baş tutub

“Estafet” Gənclərin İctimai Birliyinin “İntellekt dalğası regionlarda” layihəsi çərçivəsində sonuncu yarış Şahbuz rayonunda baş tutub.
29 iyul tarixdə Şahbuz Rayon Mədəniyyət Sarayında “İntellekt Çempionatı”nın Şahbuz rayon seçimi təşkil olunub.
İntellektual yarışın əvvəlində layihə rəhbəri Arzu Qasımov çıxış edərək Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, Azərbaycan Respublikasının Gənclər Fondunun Naxçıvan filialının tərəfdaşlığı ilə baş tutan layihənin əhəmiyyətindən danışıb, iştirak edən komandalara yarışda uğurlar arzu edib.
Sonra 6 komandanın iştirakı ilə “İntellekt Çempionatı”nın Şahbuz rayon seçimi keçirilib. Yarış “Nə? Harada? Nə zaman?” formatında baş tutub. Aparıcı tərəfindən iştirakçılara ümumi dünyagörüşünü əhatə edən 24 sual səsləndirilib.
Sonda birinci, ikinci və üçüncü yerləri tutan komandaların üzvlərinə təşkilatçıların diplomları təqdim olunub. Birinci yerin qalibi olan “Xarıbülbül” komandası “İntellekt Çempionatı”nın Naxçıvan şəhərində baş tutacaq böyük finalına vəsiqə qazanıb.