Yaponiyanın avtomobil şirkəti Çindəki iki fabrikini bağlayır


Yaponiyanın "Honda" korporasiyası elektromobillərə tələbatın kəskin şəkildə genişləndiyi Çində benzinlə işləyən avtomobillərin istehsalı üzrə iki zavodunda istehsalı dayandırır.


AFN.az xəbər verir ki, bu barədə xarici mediada məlumat yayılıb. Şirkətin hazırda Çində altı fabriki var. Onlardan biri bağlanacaq, digəri işi dayandıracaq. Bu müəssisələr ildə cəmi 290 min benzinlə işləyən avtomobil istehsal edə bilər. Bu, "Honda"nın Çindəki tutumunun 20%-ni təşkil edir.

Eyni zamanda, korporasiya Çində elektromobil istehsalı üçün iki fabrik işə salmaq niyyətindədir. NHK qeyd edir ki, bununla "Honda" son dərəcə perspektivli Çin bazarında zəifləyən mövqeyini qoruyub saxlamağa ümid edir.

Digər yapon avtomobil istehsalçıları da Çində ağır vəziyyətdədir. Gərgin rəqabət səbəbindən Mitsubishi ötən ilin oktyabrında Çindən tamamilə çəkilmək qərarına gəlib. "Nissan" da Çindəki strategiyasını ciddi şəkildə yenidən nəzərdən keçirmək, o cümlədən zavodlarından birində işi dayandırmaq zərurəti ilə üzləşib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu