"Mitsubishi" Çində istehsalı dayandırmağı planlaşdırır


"Mitsubishi Motors"un Çində avtomobil istehsalını dayandıracağı bildirilir.


"Kyodo" agentliyinin bazar mənbələrinə əsaslanaraq verdiyi məlumata görə, geri çəkilmə qərarı şirkətin Çində satışlarının azalması və Çin bazarında elektriklə işləyən avtomobillərə marağın getdikcə artması ilə əlaqədardır.

Yapon şirkətinin yerli istehsal tərəfdaşı ilə danışıqlardan sonra rəsmi qərarı açıqlayacağı və istehsal resurslarını Cənub-Şərqi Asiya bazarına keçirəcəyi gözlənilir.

"Kyodo"nun xəbərində yerli markaların Çində bazar paylarını genişləndirdiyi və yapon istehsalçılarının avtomobillərini yerli bazarda satmaqda çətinlik çəkdiyi vurğulanıb.

Məlumdur ki, "Nissan Motors" 2023 maliyyə ili üçün Çində satış hədəfini 1,1 milyondan 800 minə endirib, "Mazda" isə aprel-iyun rübündə Çində satışlarında 17 faiz azalma yaşayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu