Osakada ictimai yerlərdə siqaret qadağası başlayıb


Yaponiyanın ən böyük şəhərlərindən biri olan Osaka 2025-ci ildə Ümumdünya Sərgisinə ev sahibliyi etməyə hazırlaşarkən bütün şəhərdə ictimai yerlərdə siqaret çəkməyi qadağan edib.


13 aprel - 13 oktyabr tarixlərində keçiriləcək Expo 2025 sərgisində 158 ölkə və regiondan nümayəndənin iştirakı ilə müxtəlif təqdimatlar, müzakirələr və sərgilər keçiriləcək.

Yanvarın 27-dən qüvvəyə minən qadağaya əsasən, yollarda, parklarda, meydanlarda və digər ictimai yerlərdə siqaret çəkmək və elektron siqaretdən istifadə qadağan edilib. Qaydalara əməl etməyənlər 1000 yen (təxminən 6 dollar) məbləğində cərimələnəcəklər.

Osaka Bələdiyyəsinin bəyanatında "Şəhər boyu tüstüdən azad əraziləri genişləndirməklə biz təhlükəsizliyi, təmizliyi artırmağı və Osakanın beynəlxalq turizm məkanı kimi imicini gücləndirməyi hədəfləyirik" qeyd edilib.

Bildirilib ki, bu təşəbbüs təkcə şəhərin estetikasını gözəlləşdirmək deyil, həm də sakinlər və qonaqlar üçün təhlükəsiz və rahat yaşayış mühitini təmin etmək məqsədi daşıyır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu