Trampdan Konqresə sərhəd təhlükəsizliyi üçün əlavə resurslar çağırışı


ABŞ prezidenti Donald Tramp sərhəd təhlükəsizliyini artırmaq üçün əlavə maliyyəyə ehtiyac duyacaqlarını və Konqresin bu mövzuda addım atmasını istədiklərini bildirib.



ABŞ prezidenti Tramp Konqresdəki Respublikaçıların Mayamidə keçirdiyi partiya toplantısında sərhəd təhlükəsizliyi ilə bağlı açıqlamalar verib.

Tramp prezidentliyinin ən mühüm daxili siyasət məsələlərindən birinin ABŞ-Meksika sərhədinin təhlükəsizliyi olduğunu və prezidentliyinin ilk günündə imzaladığı icra sərəncamları ilə bu mövzuda aydın addımlar atdığını vurğulayıb.

ABŞ-ın keçmiş prezidenti Co Baydenin sərhəddən qeyri-qanuni mühacir keçidlərinə göz yumduğunu bildirən Tramp, seçkilərdə qələbə qazanmasında mühüm amilin sərhəd təhlükəsizliyini təmin etmək üçün verdiyi qəti və güclü vəd olduğunu bildirib.

"Bir çox insan deyir ki, ən böyük problem inflyasiya və iqtisadiyyatdır və sərhəd 3 nömrədir. Mən həmişə sərhəd təhlükəsizliyini bir nömrəli hesab etmişəm", - Tramp deyib.

Tramp deportasiya səyləri və dəstə üzvlərini hədəf alan əməliyyatlar barədə “Üzr istəməyəcəyik, çox sürətlə irəliləyəcəyik. Cinayətkarları izləyir, onları nəzarətə götürür və ölkəmizdən uzaqlaşdırırıq”, - bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu