Qəzza hərbi əməliyyatlardan dəyən ziyanı 38 milyard dollar qiymətləndirir


2023-cü ilin oktyabr ayından etibarən hərbi əməliyyatlar nəticəsində Qəzza zolağına dəymiş birbaşa ziyan ən azı 38 milyard dollar təşkil edir.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu ilkin məlumatlardır və anklav hakimiyyətinin mətbuat xidməti tərəfindən Telegram kanalında dərc edilib.

Bildirilir ki, sektorda 137 təhsil müəssisəsi, 823 məscid və 3 kilsə, 206 mədəni və ya tarixi dəyərə malik obyekt, 161 mindən çox yaşayış binası dağıdılıb, 160-dan çox tibb müəssisəsi atəşə tutulub, elektrik yarımstansiyalarına, su və kanalizasiya şəbəkələrinə, o cümlədən anklavın yol və nəqliyyat infrastrukturuna ciddi ziyan dəyib.

Səhiyyə Nazirliyi Qəzzada eskalasiya nəticəsində 47 035 fələstinlinin öldürüldüyünü, 111 mindən çoxunun isə yaralandığını bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu