ABŞ B-52-nin modernləşdirilməsinin yeni mərhələsini başa vurub

ABŞ Hərbi Hava Qüvvələrinin təkmilləşdirilmiş B-52J strateji bombardmançı təyyarəsini gücləndirəcək yeni F130 mühərrikləri sınaqdan keçirilib.
"The National Interest" təyyarənin modernləşdirilməsinin növbəti mərhələsinin başa çatması barədə məlumat yayıb.
“ABŞ Hərbi Hava Qüvvələrinin ən yeni B-52 variantı daha bir mərhələyə çatdı" - deyə məlumatda deyilir. Xidmətin bildirdiyinə görə, bombardmançı təyyarənin F130 mühərrikləri kritik dizayn baxışından keçib.
Yeni mühərriklər B-52J ilə təyyarənin əvvəlki modifikasiyaları arasında əsas fərq olacaq.