Blinken ABŞ üçün çoxlu mürəkkəb problemlərdən danışıb
ABŞ dövlət katibi Entoni Blinken Dövlət Departamentinin əməkdaşlarına vida nitqində deyib ki, Birləşmiş Ştatlar çoxsaylı və bir-biri ilə əlaqəli problemlərlə üzləşir.
Bu barədə Amerikanın WWLP telekanalı yanvarın 17-də məlumat yayıb.
Nəşr qeyd edir ki, Blinken son 4 ildə heyətin əməyinə hörmət etdiyini bildirib, çünki bu müddət ərzində Amerika çoxsaylı çətinliklərlə üzləşib.
Blinken qeyd edib ki, ölkənin hazırda üzləşdiyi problemlər getdikcə artır.