Blinken HƏMAS-ın götürdüyü girovların çoxunun hələ də sağ olduğunu bildirib
Qəzza zolağında radikal Fələstinin HƏMAS hərəkatının saxladığı girovların çoxu hələ də sağdır.
AFN.az xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Entoni Blinken bildirib: “Bildiyimizə görə, Qəzzada çoxlu canlı girovlar var ki, biz onları ümidsiz şəkildə ailələrinə qaytarmaq istəyirik".
Dövlət katibi əlavə edib ki, söhbət Amerika vətəndaşlığı olan girovlardan da gedir. Blinken qeyd edib ki, bu insanların evlərinə qayıtması ABŞ-ın münaqişə tərəflərini Qəzza zolağında atəşkəsə razı salmaq cəhdlərinin əsas prioritetlərindən biridir.