ABŞ "TikTok" satılmazsa onu qadağan edən qanun layihəsini təsdiqləyib


ABŞ Ali Məhkəməsi Konqresin Çin sosial media platforması "TikTok"un satılmadığı təqdirdə ABŞ-dan qadağan edilməsi ilə bağlı qərarını təsdiqləyib.



Ali Məhkəmə Çinli ana şirkəti ilə əlaqələri kəsmədiyi təqdirdə milli təhlükəsizliyə təhdid yaratdığı əsaslarla Birləşmiş Ştatlarda istifadəsini qadağan edən federal qanunun tətbiqi yolunu təmizləyib.



Yekdil qərara görə, qərarın qüvvəyə mindiyi 19 yanvar tarixinə qədər sosial media proqramı satılmasa, "Google" və "Apple" kimi platformalardan silinəcək, telefonlar və planşetlər kimi cihazlara yüklənməsinin qarşısı alınacaq.

Bununla belə, telefon və planşet kimi mövcud cihazlarda quraşdırılan tətbiqin istifadəyə davam edə biləcəyi, lakin yenilənə bilməyəcəyi bildirilib.

Məhkəmə sənədlərinə görə, Ədliyyə Nazirliyinin hüquqşünasları bildiriblər ki, proqram yenilənə bilməsə, nəticədə işləməyəcək hala gələcək.

"TikTok" ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın andiçmə mərasimindən bir gün əvvəl, yanvarın 20-dən əvvəl satmağa qərar verərsə, Ali Məhkəmənin qərarı 90 günə qədər təxirə salınacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu