İspaniyadakı QHT-lər Elon Maska cavab olaraq "X"dan istifadəni dayandıracaqlarını açıqlayıblar


İspaniyada bir sıra qeyri-hökumət təşkilatları o cümlədən ətraf mühit qrupları və İspaniya Universitetləri Prezidentlərinin Konfransı (CRUE) "X" sosial media proqramından istifadəni dayandıracaqlarını açıqlayıblar.



"Yerin Dostları", "Greenpeace", "Ecology in Action" kimi ətraf mühit təşkilatları da daxil olmaqla, "X" istifadəsindən imtina edəcəklərini açıqlayan QHT-lər bu ay bu platformadan imtina edəcəklərini bildiriblər.

QHT-lər “X”dən ayrılmaq qərarına səbəb kimi İlon Maskın ABŞ-da yeni hökumətin tərkibində olacağını göstəriblər.

İspaniyadakı universitetlərin rektorları ilə əlaqəli olan CRUE də "X"in indi antidemokratik oriyentasiyaya sahib olduğunu bildirib və bunun universitetlərin demokratik, etik və məsuliyyətli dəyərləri təbliğ etmək fəlsəfəsinə zidd olduğunu bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu