BMT Fransanın ətraf mühit fəallarına qarşı müdaxiləsindən narahatdır


Birləşmiş Millətlər Təşkilatı (BMT) Fransanın ətraf mühit fəallarına artan müdaxiləsindən narahat olduğunu bildirib.



BMT-nin Ətraf Mühitin Mühafizəçiləri üzrə Xüsusi Məruzəçisi Mişel Forst Avropanın ətraf mühit fəallarına münasibətinə dair hesabatında bildirib ki, Fransanın fəallara qarşı müdaxiləsindən xüsusi narahatlıq var.

Hesabatda ətraf mühit fəallarına qarşı cərimələr, etiraz etdikləri yerlərdə 6 ay müddətində yaşayış icazələrinin ləğvi kimi praktikaların geniş yayıldığına diqqət çəkilib.

Mediada ekoloji fəallara qarşı mənfi rəyin yaradıldığı, Fransa siyasətçilərinin bu fəalları “ekoterrorçu” kimi qələmə verdikləri, onları demokratiya üçün təhlükə kimi gördükləri vurğulanıb.

Hesabatda fəalların hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən izlənildiyi və evlərində axtarış aparıldığı, polisin ekoloqlara qarşı həddindən artıq güc tətbiq etməsi də tənqid edilib.

Fransa hökuməti 2023-cü ildə 100 min üzvü olan "Soulevement de la Terre" ekoloji qrupunun "zorakılığa əl atdığı" səbəbiylə fəaliyyətini dayandırmağa qərar vermiş və bu qərar məhkəmə tərəfindən rədd edilmişdir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu