Avropa ölkələrində geyim təmiri üçün kompensasiya veriləcək
2023-cü ilin oktyabrından Fransa hökuməti paltar və ayaqqabıların təmiri xərclərinə görə 6 avrodan 25 avroya qədər kompensasiya verməyə başlayacaq.
Bu barədə The Guardian xəbər verib.
Bununla da ölkələr tullantıların miqdarını azaltmaq, təmir sexlərinin işini stimullaşdırmaq və iş yerlərini bərpa etmək niyyətindədilər.
Ətraf Mühit üzrə Dövlət Katibi Berancer Couillard bütün maraqlanan dərzi və ayaqqabı dükanlarını Refashion ətraf mühit təşkilatının rəhbərlik edəcəyi proqrama qoşulmağa dəvət edib. Layihəyə 154 milyon avro xərclənəcək.