Bayden TikTok qadağasını tətbiq etməyəcək - İDDİA


ABŞ-dakı ofisini təhvil verməyə hazırlaşan prezident Co Baydenin Çin sosial şəbəkə tətbiqi "TikTok"un qadağan edilməsi qərarını icra etməyəcəyi iddia edilib.



ABŞ mətbuatında yer alan xəbərlərə görə, "TikTok"a Çinin "ByteDance" şirkəti ilə bütün əlaqələrini dayandırması üçün yanvarın 19-na qədər vaxt verən Bayden rəhbərliyi şirkətin ölkədə qadağan edilərək istifadəçilərin girişinə qadağa qoyulacağı qərarını dəyişdirəcəyi iddia edilib.

Çoxsaylı media orqanları Baydenin "TikTok"a qadağa qoymayacağını və bu qərarı yeni seçilmiş prezident Donald Trampın ixtiyarına verəcəyini bildirib.

Digər tərəfdən, bu iddialarla bağlı Ağ Evdən heç bir cavab verilməyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu