Kanadada minlərlə insan fırtına səbəbindən işıqsız qalıb
Kanadanın Nyufaundlend və Labrador əyalətlərini vuran tufan küləkləri səbəbindən 8 mindən çox ev təsərrüfatı və obyekt işıqsız qalıb.
AFN.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Kanada Milli Hava Bürosundan verilən xəbərə görə, küləyin sürəti bəzi yerlərdə 28 m/s-ə çatıb.
Pis hava şəraiti leysan yağışlarla da müşayiət olunur. Ölən və yaralananlar barədə məlumat verilmir.