Panama Prezidenti Mulino: Panama kanalı müzakirəyə açıq deyil


Panama prezidenti Xose Raul Mulino bildirib ki, Panama kanalının statusu müzakirəyə açıq deyil.



Həftəlik mətbuat konfransında çıxış edən Panama prezidenti Mulino Panama kanalı ilə bağlı ABŞ ilə heç bir danışıqlar aparmayacaqlarını vurğulayıb.

Mulino ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın açıqlamalarına da toxunaraq, "Bu prezidentin Panama kanalının Panamanın əlində olmasının hüquqi və siyasi reallığını yenidən qiymətləndirmək niyyəti ilə danışması mümkün deyil. Əgər bu istiqamətdə bir niyyəti varsa, danışılacaq bir şey yoxdur" deyib.

Panama kanalının panamalılar üçün qürur mənbəyi olduğunu bildirən Mulino "Kanal panamalıdır və panamalılara məxsusdur. Bu fakt ölkənin göz yaşları, zəhməti və fədakarlığı ilə əldə olunub və müzakirəyə açıq deyil. Panama kanalı müzakirəyə açıq deyil” qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu