Kanada sanksiya tətbiq etdiyi rusların siyahısını genişləndirib
Kanada hakimiyyəti Rusiyaya qarşı sanksiyalara daxil olan şəxslərin siyahısını genişləndirib.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Kanada hökumətinin saytında dərc olunan məlumatda deyilir.
Bildirilir ki, sanksiyalara səbəb Ukrayna ərazisində insan haqlarının pozulmasıdır. Yeni siyahıya Rusiyanın Federal Penitensiar Xidmətinin, Federal Təhlükəsizlik Xidmətinin və Milli Qvardiya Qoşunlarının Federal Xidmətindən 9 nəfərin adı əlavə edilib. Onların tutduğu vəzifə və xidmət yerləri sənəddə göstərilmir.