ABŞ və Yaponiya donanmaları Filippinlə birgə təlimlər keçirib


ABŞ, Yaponiya və Filippin donanmaları bir günlük birgə təlim keçirib.



Bu barədə Amerika Sakit Okean Donanmasının komandanlığı məlumat verib.

Qeyd olunur ki, təlim Filippin sularının eksklüziv iqtisadi zonasında baş tutub. Manevrlərin məqsədi regional və beynəlxalq əməkdaşlığı gücləndirmək, həmçinin azad və açıq Hind-Sakit okean regionuna dəstək olmaq olub.

Məlumatda deyilir ki, təlim üç ölkənin müdafiə doktrinalarının, taktikalarının, texnika və prosedurlarının uyğunluğunu gücləndirmək məqsədi daşıyır və beynəlxalq hüquq normalarına uyğun olaraq keçirilib. Manevrlərə ABŞ Hərbi Dəniz Qüvvələrinin "Boeing P-8A Poseidon" dəniz kəşfiyyat təyyarəsi, "Andres Bonifacio" (PS-17) patrul gəmisi və Filippin Hərbi Dəniz Qüvvələrinin C-90 təyyarəsi, həmçinin Yaponiyanın "JS Samidare" esminesi (DD 106) daxildir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu