Bayden öz oğlunu əfv etdi
ABŞ prezidenti Co Bayden, bir neçə dəfə bunu etməyəcəyinə dair vədlərə baxmayaraq, iki məhkəmə qərarı üzrə oğlu Hunterlə bağlı əfv imzalayıb.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, onun bu barədə açıqlamasını Ağ Evin mətbuat xidməti yayıb.
"İlk gündən mən ABŞ Ədliyyə Nazirliyinin qərarlarına müdaxilə etməyəcəyimi söylədim və oğlumun seçici və ədalətsiz şəkildə mühakimə olunmasını seyr edərkən belə, sözümü tutdum. Onun işlərində ittihamlar yalnız Konqresdəki bir neçə siyasi opponentim mənə hücum etmək və seçilməyimə qarşı çıxmaq üçün təhrik etdikdən sonra irəli sürülüb", - deyə Baydenin açıqlamasında qeyd edilir: "Heç bir ağlı başında olan insan Hunter işindəki faktları nəzərdən keçirərək, o, mənim oğlum olduğu üçün seçildiyi fikrinə gəlməyə bilməz. Sonsuz hücumlara və təqiblərə baxmayaraq, beş il yarım ayaqda qalan Hunteri sındırmaqla onlar, məni sındırmağa çalışdılar və bunun sonu olduğuna inanmaq üçün heç bir əsas yoxdur. Hər şeyin bir həddi var."
Bəyanatdan göründüyü kimi, söhbət Delaver və Kaliforniya ştatlarında gedən proseslərdən gedir. Delaver ştatında Hunter Bayden odlu silah pozuntusu ilə bağlı ittiham irəli sürülüb. O, günahkar bilinib. Kaliforniyada amerikalı liderin oğlu vergidən yayınmada günahını etiraf edib.