İranlı fəal siyasi məhbuslara azadlıq tələbi ilə dodaqlarını tikib
İranda siyasi məhbusların azad edilməsi tələbi ilə dodaqlarını tikən fəal Tehranda oturaq etiraz aksiyasına başlayacağını açıqlayıb.
Hüseyn Roneki adlı fəal bu barədə sosial media hesabından paylaşdığı mesajda məlumat verib
Dodaqlarını tikərək çəkilmiş fotosunu paylaşan Roneki Tehranın Vəliəsr küçəsinin bir küncündə təkbaşına oturaq aksiyaya başlayacağını açıqlayıb.
O, mesajında "Məni ya həbs edə bilərsən, ya da apara bilərsən. O vaxta qədər müqavimətim mənimdir. Kiyanuşun canını verdiyi dava üçün mübarizə aparacağam. Dodaqlarım tikili qalacaq" - deyə qeyd edib.
İranda siyasi məhbusların azad olunmayacağı təqdirdə intihar edəcəyini açıqlayan fəal Sencerinin noyabrın 13-də intihar etdiyi bildirilir. Senceri 2021-ci ildəki etirazlar zamanı qətl və ictimai asayişi pozmaqda günahlandırılaraq ölümə məhkum edilən 3 nümayişçinin azad edilməsini tələb edib.
Sosial şəbəkələrdə reaksiyalara səbəb olan bu hadisədən sonra müxaliflər ölkə rəhbərliyini günahlandırıblar.
Tehran Cəza Məhkəməsinin sədri Məhəmməd Şəhriyari mətbuata açıqlamasında hadisənin şübhəli ölüm kimi qeydə alındığını və polisin binadakı təhlükəsizlik kamerası görüntülərini araşdırdığını bildirib.
Səncərinin cənazəsi noyabrın 15-də Tehranın Beheşt-i Zəhra qəbiristanlığında dəfn edilib.