İngiltərədə iqlim fəalları Qatvik hava limanında etiraz aksiyası keçiriblər


İngiltərədə iqlim fəalları paytaxt Londondakı Qatvik hava limanının cənub terminalının çıxış qapıları qarşısında oturaraq etiraz aksiyası keçiriblər.



Nəqliyyatı dayandırmaq və ya sənət əsərləri çəkmək kimi hərəkətləri ilə tanınan "Just Stop Oil" adlı qrupun üzvü olan 7 fəal hava limanının cənub terminalında gediş qapıları qarşısında oturaraq sərnişinlərin keçməsinə mane olmağa çalışıb.

Qrupun sosial media hesabında paylaşdığı görüntülərdə etirazçıların oturaq aksiya zamanı əllərini üzərində "Just Stop Oil" yazılmış narıncı qutulara bağladıqları görülüb.

Susseks polisi verdiyi açıqlamada etiraz aksiyası ilə əlaqədar 8 nəfərin ictimai infrastruktura müdaxilə etdiyi səbəbilə nəzarətə alındığını açıqlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu