Kiyev hesab edir ki, Tramp Ukraynadakı münaqişənin bitməsini sürətləndirəcək
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın administrasiyası Ukraynadakı münaqişənin sona çatmasını sürətləndirə biləcək.
AFN.az xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski bildirib.
“Müharibə başa çatacaq, amma dəqiq bir tarix yoxdur. Əlbəttə ki, indi Ağ Evə rəhbərlik edəcək bu komandanın siyasəti ilə müharibə daha tez başa çatacaq. Onlar üçün bu da çox vacibdir”, - deyə o “Public” nəşrinə müsahibəsində deyib.
Tramp dəfələrlə Ukraynadakı münaqişəni mümkün qədər tez dayandırmaq niyyətində olduğunu bildirib.