Elektron siqaretlərin ən təhlükəli növü açıqlanıb


Kanadada aparılan araşdırmaya görə, meyvə ətirli elektron siqaretlərin, xüsusilə böyürtkən ətirlilərin ağciyərlərə ən çox zərərli təsir göstərdiyi müəyyən edilib.



McGill Universitetindən Ajitha Thanabalasuriarın rəhbərlik etdiyi araşdırma qrupu meyvə ləzzətlərinin ağciyərlərin təbii müdafiəsini zəiflətdiyini və bədənin zərərli mikrobların qarşısını almasını çətinləşdirdiyini müəyyən edib.

Araşdırmaya görə, meyvə ətirli elektron siqaretlərin tərkibindəki kimyəvi komponentlər ağciyər hüceyrələrində müdafiə yollarını bağlayır.

Bu vəziyyət orqanizmin zərərli mikroblara qarşı müdafiəsini zəiflədir və xüsusilə ağciyərlərdə immun hüceyrələrin hərəkətlərini dəyişir.

Tədqiqatda siçanlar üzərində aparılan testlər böyürtkən dadlı buxarların alveolyar makrofaqları (ağciyər immun hüceyrələri) iflic etdiyini və onların bakteriyalara qarşı müdafiəsinə mane olduğunu göstərib.

Aparılan sınaqlar siçanlarda sağ qalma müddətinin azalmasına səbəb olub. Tədqiqatçılar hansı kimyəvi komponentlərin bu zərərli təsirlərə səbəb olduğunu müəyyən etmək üçün işlərini davam etdirirlər.

Araşdırmada meyvə ətirli elektron siqaretlərin sağlamlığa təsirləri ilə bağlı mühüm xəbərdarlıqlar edilib və bu cür məhsulların gənclər arasında yayılmasının qarşısı alınmalı olduğu vurğulanıb.

Mənbə: Studyfinds



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu