Peruda 5,7 bal gücündə zəlzələ baş verib


Cənubi Amerika ölkəsi Peruda 5,7 bal gücündə zəlzələ baş verib.



ABŞ Geoloji Xidməti episentri Huancavelica bölgəsindəki Santa Ana şəhəri olan 5,7 bal gücündə zəlzələnin yerin 79 kilometr dərinliyində baş verdiyini bildirib.

Səlahiyyətlilər öz açıqlamalarında zəlzələ nəticəsində tələfat və dağıntıların olmadığını bildiriblər.

Zəlzələ İca və Junin bölgələrində, xüsusilə də paytaxt Limada hiss olunub.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu