Qalant İsrailin müdafiə naziri vəzifəsindən çıxarılıb
İsrailin baş naziri Benyamin Netanyahu Yoav Qalantı müdafiə naziri vəzifəsindən azad edib.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, onun yerinə xarici işlər naziri İsrael Katzı təyin eilib. Bu barədə Metanyahu videomüraciətdə bildirib.
“Müharibənin ortasında baş nazirlə müdafiə naziri arasında tam etimad lazımdır. Təəssüf ki, kampaniyanın ilk aylarında belə bir etimad var idi və çox məhsuldar iş olsa da, son aylarda bu etimad yoxdur. Müdafiə naziri ilə mənim aramda tədricən yaranan etimad böhranı ictimailəşdi və bu böhran kampaniyanı düzgün şəkildə davam etdirməyə imkan vermir" - deyə Netanyahu qeyd edib.
O, əlavə edib ki, müdafiə naziri ilə aralarında yaranan etimad böhranı ictimaiyyətin diqqətinə "qəbuledilməz şəkildə" çatdırılıb və bundan həzz alan və bundan çox şey qazanan düşmənlərə məlum olub.
Baş nazir əlavə edib ki, o, İsrailin xarici işlər naziri postunu portfelsiz nazir Gideon Saara təklif edib.