İspaniyanın baş naziri daşqının səbəbini iqlim dəyişikliyi ilə izah edib


İspaniyanın Baş naziri Pedro Sançez oktyabrın 29-da ölkənin şərq və cənub bölgələrini, xüsusilə də Valensiyanı vuran daşqının səbəbinin iqlim dəyişikliyi böhranı olduğunu bildirib.


Madriddə keçirdiyi mətbuat konfransında Sançez şiddətli yağışdan sonra baş verən sel fəlakətinin arxasında iqlim böhranının dayandığını və iqlim dəyişikliyi probleminin siyasətdən yuxarıda saxlanmalı olduğunu qeyd edib.

"Dövlət Meteorologiya İnstitutu təcili meteoroloji böhranla bağlı xəbərdarlıq etmişdi. Biz bölgəni fövqəladə iqlim vəziyyətinə uyğunlaşdırmaq üçün plan hazırlayacağıq. Mümkün səhlənkarlıq və buraxılmış səhvlər böhranın növbəti mərhələsidir. Biz həyatı yenidən qururuq, bu faciənin qurbanlarının müalicəsi dövlətin üzərindədir."

Hazırda siyasi müzakirələrdən uzaq qalacağını və prioritetin həyatları xilas etmək və yaraları ən qısa zamanda sağaltmaq olduğunu ifadə edən Sançez, daşqından sonra 2025-ci il üçün yeni bir büdcəyə ehtiyac duyduqlarını və bunun parlamentdən keçməsinin vacib olduğunu qeyd edib.

Rəsmi məlumatlara görə, indiyədək İspaniyada daşqın nəticəsində ölənlərin sayı 218 nəfərə çatıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu